Millimiz Belfastda problemlə üzləşdi
Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya seçməsi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfastdadır. SportLine.az xəbər verir ki, səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən "Boeing 787 Dreamliner" təyyarəsində texniki nasazlığın üzə çıxmasıdı.
Təyyarədəki problemin nə zaman aradan qaldırılacağı bilinmir. Bu, tezliklə baş verməsə, Bakıdan yeni təyyarənin Belfasta göndərilməsi də mümkündü. Hələlik futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər Belfast Hava Limanındadı.