Millimiz bürünc medal uğrunda oyuna çıxacaq

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında sonuncu oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, milli, bürünc medal uğrunda Lüksemburq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə Cəbəllütariqə 115:60, üçüncü matçında Ermənistana 76:65, dördüncü qarşılaşmasında Moldovaya 75:66 hesabı ilə qalib gəlib. Milli yarımfinalda Albaniyaya uduzub - 56:76.