Millimizin potensial rəqibləri

Futzal üzrə milli komandamız dünya çempionatının təsnifat mərhələsində qrupu birinci pillədə başa vurub. SportLine.az xəbər verir ki, artıq Azərbaycanın pley-off mərhələsindəki potensial rəqibləri də bəllidir. Mübarizəni davam etdirən komandalar iki səbətə bölünüb. Birinci səbətdə qrup qalibləri, ikinci səbətdə isə ikincilər yer alıb. 

Qrup qalibləri: Ukrayna, AZƏRBAYCAN, Rusiya, İspaniya, Qazaxıstan, Portuqaliya, İtaliya

İkincilər: Macarıstan, Belarus (Azərbaycanla eyni qrupda mübarizə apardığı üçün pley-off-da qarşılaşa bilməz), Serbiya, Hollandiya, Sloveniya, Polşa, Slovakiya

Qeyd edək ki, həlledici mərhələnin püşkatması gələn il fevralın 12-də Serbiyada baş tutacaq. Oyunlar isə 22 mart və 12 aprel tarixlərində keçiriləcək.