Millimizin üzvü İspaniyada qələbəyə sevindi

Millimizin üzvü  Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, komanda 13-cü turda doğma meydanda "Kadiz"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Eddi start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Albasete" hazırda 22 xalla 2-ci pillədə qərarlaşıb.