Millinin İslamiadadakı rəqibləri bəlli oldu

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət milli komandasının Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli olub.

Sportline.az xəbər verir ki, milli Türkiyə, Mərakeş, Mali və Qabonla birlikdə C qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, İslamiada 9 - 18 avqust tarixlərində keçiriləcək.