Millinin üzvü "Kəpəz"də
"Kəpəz" daha bir futbolçu ilə anlaşıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Gəncə təmsilçisi Camal Cəfərovu heyətinə qatıb.
U-21 millisinin üzvü "Sabah"dan "Kəpəz"ə icarəyə yollanıb.
O, mövsümün sonuna kimi Premyer Liqa klubunda çıxış edəcək.