"Milouki" qalib gəldi, "Portlend" əlavə vaxtda məyus oldu

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma təşkil olunub.

Favoritlərdən "Milouki Baks" "İndiana Peysers"i üstələyib. "Oklahoma Siti Tander" isə "Portlend Treyl Belyzers"lə görüşdə azarkeşlərini sevindirib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Milouki Baks" - "İndiana Peysers" - 117:98

"Portlend Treyl Bleyzers" - "Oklahoma Siti Tander" - 121:129 (əlavə vaxtda)