Mixail Mudrik "Nyukasıl Yunayted"in futbolçusu haqqında paylaşım edib
"Çelsi"nin ulduz futbolçusu Mixayil Mudrik "Nyukasıl Yunayted"in müdafiəçisi Tiripier haqqında paylaşım edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, ukraynalı futbolçu qələbə qazandıqları görüşdən sonra instaqram profilində Tripier haqqında danışarkən :"Güclü olmalısan dostum. Bəzən belə şeylər olur. Hər şeyi boş ver, sən tanıdığım ən yaxşı futbolçulardan birisən",-deyib.
Qeyd edək ki, İngiltərə kubokunda mübarizə aparan "Çelsi" "Nyukasıl Yunayted" komandalarının görüşündə əsas vaxtda qalib müəyyənləşmədiyindən, penaltılar seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "zadəganlar" növbəti mərhələyə yükəsliblər.