MMA döyüşçüsü yarım illik kənarlaşdırıldı
Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov xoşagəlməz halla üzləşib.
Sportline.az xəbər verir ki, "Bellator"un yüngül çəkidə hazırkı çempionunun dopinq testi müsbət nəticələnib.
Nurmaqomedov buna görə altı ay müddətinə diskvalifikasiya olunub.
Qaydalara əsasən, idmançı çempion kəmərindən məhrum edilməklə yanaşı 50 min dollar cərimə də ödəməli olacaq.
Qeyd edək ki, Usman peşəkar arenada keşirdiyi 18 döyüşün hamısında qələbə çalıb.