Modriçdən nümunəvi addım

Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç vətəninə koronavirusla mübarizədə kömək edib.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Zadara xəstəxanası üçün kompüter tomoqrafiya aparatı alınması üçün pul ödəyib. Yaxın günlərdə aparatın ABŞ-dan gətiriləcəyi bildirilib.

Qeyd edək ki, belə bir aparatın qiyməti çatdırılma ilə birlikdə təqribən 100 min avrodur.