Mohammed Kuduz "Vest Hem"dən ayrıla bilər
"Vest Hem Yunayted"in qanalı futbolçusu Mohammed Kuduz mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, London klubu M.Kuduzu 80 milyon avro qarşılığında satmağa hazırdır.
Səudiyyə Ərəbistanı klubları 24 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Mohammed Kuduz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 3 qol və 3 asistlə yadda qalıb.
Onun "Vest Hem Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.