Mohammed Kuduz "Vest Hem"dən ayrılacaq

"Vest Hem Yunayted" qanalı futbolçusu Mohammed Kuduzla yollarını ayırmaq qərarına gəlib.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi" və "Liverpul" Mohammed Kuduzu transfer etmək istəyən klubların siyahısında yer alır.

24 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avro olaraq təyin olunub. 

Qeyd edək ki, Kuduz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 3 qol 3 asistlə yadda qalıb.