MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb

Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı OCEP məktəbliləri ilə görüşüb.

Sportline.az xəbər verir ki, görüşdə Avropa Olimpiya Komitəsinin nümayəndəsi Canluka de Angelis, MOK-un İdman idarəsinin rəhbəri Həsənağa Rzayev, Maribor-2023 Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Vaqif Əliyev, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın rəhbəri Ceyhun Rəhmanov, MOK-un Xarici Əlaqələr idarəsinin məsləhətçisi Ruslan Məmmədov, Azərbaycan Elm və Təhsil Nazirliyinin (ETN) sektor müdiri Hilal Salmanov və OCEP məktəbliləri iştirak ediblər.

Tədbirdə MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın rəhbəri Ceyhun Rəhmanov qarşıdakı günlərdə OCEP proqramının fəaliyyəti və heyətdə yer alan şəxslər barədə ətraflı məlumat verib.

MOK-un baş katibi Azər Əliyev OCEP-in fəaliyyəti barədə danışaraq, bu layihənin EYOF-da artıq 3-cü dəfə təşkil olunacağını bildirib. Məktəblilərlə ümumi söhbət edən Azər Əliyev onların səfərləri və qarşıdakı günlərə hazırlıqla bağlı məlumat aldıqdan sonra məktəblilərə uğurlar arzulayıb. O, sosial media üzrərindən proqramı yaxından izləyəcəyini bildirib.

Azər Əliyev həmçinin gələcəkdə OCEP-in EYOF-un bir hissəsi olaraq davam edəcəyinə ümid etdiyini də vurğulayıb. Növbəti qış Olimpiya Festivalının Gürcüstanda təşkil olunacağını diqqətə çatdıran MOK-un baş katibi ilk dəfə olaraq OCEP layihəsinin bu yarışda da həyata keçməsinin yeni hədəflər sırasında olduğunu deyib.

Azər Əliyev həmçinin OCEP-in məktəblilər üçün əhəmiyyətini və Olimpiya dəyərlərinin təbliğatı üçün çox uğurlu layihə olduğunu və bu işdə dəstək verdiyinə görə Avropa Olimpiya Komitəsinə öz təşəkkürünü bildirib.

Daha sonra Avropa Olimpiya Komitəsinin nümayəndəsi Canluka de Angelis proqramın əhəmiyyətindən danışaraq, ilk gündən etibarən bu proqramı həm şəxsən, həm də Avropa Olimpiya Komitəsi olaraq dəstəklədiklərini deyib. Gələcəkdə də EYOF-un tərkib hissəsi olaraq davam etməsini hər tərəfli dəstəkləyəcəklərini qeyd edib.

Sonra Azərbaycan Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov çıxış edərək nazirliyin proqramı tam dəstəklədiyini bildirib, Milli Olimpiya Komitəsinin rəhbərliyinə öz minnətdarlığını çatdırıb. O, belə layihələrin məktəblilərin inkişafi üçün əhəmiyyətli olduğunu vurğulayıb.

OCEP məktəbliləri Ümid Yusifli, Qumral Yusifli, Xədicə Seyidova və Nərminə Xələfova öz növbələrində Maribor-2023 çərçivəsində Sloveniyaya gəldikərinə görə çox sevindiklərini və proqram üzrə ölkəmizi layiqincə təmsil edəcəklərini bildiriblər.

Sonda xatirə şəkili çəkilib.

MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb - FOTO MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb - FOTO MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb - FOTO MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb - FOTO MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb - FOTO MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb - FOTO MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb - FOTO