"Monako"nun futbolçusu Mbappenin rekordunu qırıb
Ötən gün Çempionlar Liqasında keçirilən "Monako" - "Barselona" görüşü (2-1) Corc İlenikena üçün əlamətdar olub.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Fransa klubunun matçda qələbə qolunu İlenikena vurub. Futbolçu 18 yaş 34 gün ilə Kilyan Mbappedən sonra "Monako"da Çempionlar Liqasında fərqlən ən gənc oyunçu ünvanını qazanıb.
2015-2017-ci illərdə "Monako"da çıxış edən Mbappe bu uğura 18 yaş 63 günlüyündə nail olmuşdu.
Qeyd edək ki, İlenikena yay transfer pəncərəsində "Antverp"dən "Monako"ya 18.75 milyon avro qarşılığında transfer olunub.