Morqan Gibs Vayt Mançester klubuna transfer ola bilər
“Nottingem Forest”in ingiltərəli futbolçusu Morqan Gibs-Vayt mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, “Mançester Siti” M.Gibs Vayt üçün “Nottingem Forest”ə 50 milyon avro ödəməyə hazırdır.
25 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 30 matçda 5 qol və 9 asistlə yadda qalıb.
Qeyd edək ki, Gibs Vaytın “Nottingem”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.