Morqan Rocers "Aston Villa"dan ayrıla bilər

"Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocers karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Rocers üçün "Aston Villa" 42.5 milyon avro tələb edir. 

"Mançester Siti" bu məbləği Birmingem klubuna ödəməyə hazırdır.

Qeyd edək ki, Morqan Rocers bu mövsüm çıxış etdiyi 44 matçda 13 qol və 11 asistlə yadda qalıb.