Joze Mourinyo keçmiş komandasını tənqid edib

"Roma" kulubunun baş məşqçsi Joze Mourinyo "Mançester Yunayted"in baş məşqçisi və futbolçularını tənqid atəşinə tutub. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis açıqlamasında :"Mançester Yunayted"də çalışdığım zamanlarda Entoni Marsial,Luk Şou kimi futbolçuların komandadan getməli olduğunu demişdim. Rəhbərlik isə mənə bunun imkansız olduğu demişdi. İndi yenə təkrar edirəm bu futbolçular koamdadan getməlidir ki, Erik Ten Haq uğurlu olsun. Əks halda o da uğursuzluqla üzləşməyə məhkum olacaq",-deyib. 

Qeyd edək ki, Joze Mourinyo 2016-2019-cu illərdə "Mançester Yunayted"in baş məşqçisi olaraq çalışıb.