Müller "8:0"a inanmır
Almaniya millisinin hücumçusu Tomas Müller DÇ-2022-nin 3-cü turunda Kosta-Rika ilə keçiriləcək oyun haqda fikirlərini bildirib.
Sportline.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında onlara lazım olan böyükhesablı qələbənin çətin olacağını bildirib:
“Biz favoritik. Qalib gəlmək üçün oynamalıyıq. Çünki pley-offa çıxmaq şansımız var. Nəyə qadir olduğumuzu göstərməliyik.
Səkkiz qolluq qələbə bizə pley-offa zəmanət verirmi? Biz ən yaxşı oyunumuzu göstərmək niyyətindəyik, lakin dünya çempionatında 8:0 hesabı ilə qalib gəlmək real görünmür".
Qeyd edək ki, Almaniya və Kosta-Rika matçı dekabrın 1-də keçiriləcək. Almaniya millisi 1 xalla qrup sonuncusudur. Komandanın qrupdan çıxmaq şansı öz əlində deyil. Bundestim Kosta-Rikaya qalib gəlsə belə, qrupdan çıxması Yaponiya - İspaniya oyununun nəticəsindən asılı olacaq.