Müller AVRO 2024-dən sonrakı karyerası haqda danışıb
"Bavariya"nın və Almaniya millisinin yarımmüdafiəçisi Tomas Müller 2024-cü il Avropa çempionatından sonra gələcək karyerası haqda danışıb.
Sportline.az Sovsport.com-a istinadla xəbər verir ki, 34 yaşlı futbolçu jurnalist Kerri Hauya verdiyi müsahibədə bu fikirləri səsləndirib.
"Hələki gələcək karyeram barədə düşünmürəm.Bütün fikrimi Avropa Çempionatına yönəltmişəm və səbirsizlikə gözləyirəm.
Turnirdən sonra nə olacağını görəcəyik. Bavariya ilə daha 1 il müqaviləm var.Növbəti mövsümdə də doğma klubumun formasını geyinəcəm" deyə Müller müsahibəsində bildirib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Ev sahibi ölkə turnirdə İsveçrə, Şotlandiya və Macarıstan ilə birgə A qrupunda mübarizə aparacaq.