Müller Xavinin rekordunu qırıb
Ötən gün Çempionlar Liqasının ilk turunda "Bavariya" "Dinamo" Zaqrebi 9-2 hesabı ilə məğlub edib.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, bu görüş Münxen klubunun hücumçusu Tomas Müller üçün əlamətdar olub.
Belə ki, 35 yaşlı futbolçu bir klubun forması altında Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib.(152).
Buna qədər rekord 151 oyunla "Barselona"nın sabiq oyunçusu Xaviyə məxsus idi.
Qeyd edək ki, Müller həmçinin Almaniya klubunun heyətində bütün turnirlər daxil olmaqla ən çox oyuna çıxan futbolçu olub.