Mundiallar tarixinin ən çox qol vurulan oyunları: DÇ-2022-nin matçı da sıralamada - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən dünya çempionatı davam edərkən daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Sportline.az xəbər verir ki, mundiallar tarixinin ən çox qol vurulmuş oyunları açıqlanıb.

B qrupunun İngiltərə - İran (6:2) qarşılaşması da həmin siyahıya düşüb.

İlk sırada 1954-cü ildə Avstriya və İsveçrə komandaları arasında keçirilmiş 1/4 final qarşılaşması yer alıb. Həmin görüşdə 12 qol qeydə alınıb.

       
  Vaxt Mərhələ Oyun Goals
         
  26/06/1954 1/4 final Avstriya - İsveçrə 7:5 12
  05/06/1938 1/8 final Braziliya - Polşa 6:5 əlavə vaxt 11
  20/06/1954 Qrup Macarıstan - Almaniya 8:3 11
  14/06/1982 Qrup Macarıstan - El Salvador 10:1 11
  08/06/1958 Qrup Fransa - Paraqvay 7:3 10
  19/07/1930 Qrup Argentina - Meksika 6:3 9
  17/06/1954 Qrup Macarıstan - Cənubi Koreya 9:0 9
  23/06/1954 Qrup Almaniya - Türkiyə 7:2 9
  28/06/1958 üçüncü yer uğrunda görüş Fransa - Almaniya 6:3 9
  27/05/1934 1/8 final İtaliya - ABŞ 7:1 8
  12/06/1938 1/4 final İsveç - Kuba 8:0 8
  02/07/1950 Qrup Uruqvay - Boliviya 8:0 8
  09/07/1950 Final qrupu Braziliya - İsveç 7:1 8
  17/06/1954 Qrup İngiltərə - Belçika 4:4 əlavə vaxt 8
  03/06/1962 Qrup SSRİ - Kolumbiya 4:4 8
  23/07/1966 1/4 final Portuqaliya - Şimali Koreya 5:3 8
  01/06/2002 Qrup Almaniya - Səudiyyə Ərəbistanı 8:0 8
  08/07/2014 Yarım final Braziliya - Almaniya 1:7 8
  21/11/2022 Qrup İngiltərə - İran 6:2 8