Mundiallarda bunu bacaran 3-cü futbolçu oldu
Polşa millisinin qapıçısı Voyçex Şesnı dünya çempionatlarında rekordu təkrarlayıb.
Sportline.az xəbər verir ki, "Yuventus"un qolkipersi DÇ-2022-nin 3-cü turunda Argentina ilə matçda (0:2) Lionel Messinin vurduğu penaltini dəf edib.
Şesnı mundiallarda 2 penaltini dəf edən 3-cü qapıçı olub. Bundan əvvəl 1974-cü ildə digər polşalı qapıçı Yan Tomaşevski və 2002-ci ildə ABŞ-dan olan Bred Fridel bunu bacarıb.
Qeyd edək ki, Polşa yığması dekabrın 4-də DÇ-2022-nin 1/8 finalında Fransa ilə qarşılaşacaq.