Nadal çempion oldu, rekord qırdı

Tennis üzrə Avstraliya Açıq çempionatında (US Open) kişilərin fərdi mübarizəsində qalib bəlli olub.

Sportıine.az xəbər verir ki, finalda ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev üz-üzə gəlib.

Qarşılaşma Nadalın 3:2 (2:6, 6:7 - 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə bitib. İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.

Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Rocer Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.