"Napoli" kolumbiyalı müdafiəçiylə maraqlanır
"Napoli" klubu kolumbiyalı müdafiəçi Devinson Sançesi trasnfer etmək istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İtaliya klubu 27 yaşlı müdafiəçinin meneceri və "Qalatasaray" rəsmiləri ilə danışıqlara başlayıb.
"Sarı-qırmızılar" təklifi geri çevirblər və futbolçunun satılmayacağını bildiriblər. Devinson Sançes də "Qalatasaray"dan ayırlmaq istəmədiyini deyib.
Qeyd edək ki, Devinson Sançes bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 14 oyunda 1 qol, 2 asisitlə yadda qalıb.