Navasın durumuna aydınlıq gətirildi

 “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turundakı rəqibi “Sevilya” itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, komandanın kapitanı Xesus Navas zədə üzündən ölkə çempionumuza qarşı oynamayacaq.

34 yaşlı sağ cinah müdafiəçisi La Liqanın 14-cü turunda “Real Valyadolid”lə görüşdə zədələndiyi üçün məşqlərdən kənar qalıb.

Qeyd edək ki, “Sevilya” – “Qarabağ” oyunu noyabrın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da başlanacaq.