"Neftçi"nin yeni baş məşqçisi açıqlandı
"Neftçi" komandasının baş məşqçisi dəyişib.
Sportline.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyalı Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onu bu postda Miodraq Bojoviç əvəzləyib. Monteneqrolu mütəxəssislə 1.5 illik (1 il+ 6 ay) sözləşmə imzalanıb.
Qeyd edək ki, Mutu mövsümün əvvəlindən "ağ-qaralar"ın sükanı arxasında idi.