Neymar 2 ay yaşıl meydanlardan uzaq qalacaq
“Əl Hilal”ın brazilyalı futbolçusu Neymar Juniorun 2 aylıq sıradan çıxdığı bildirilir.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu noyabr və dekabr aylarında komandasına kömək edə bilməyəcək.
Neymarın zədəsinin ciddi olduğu bildirilir. Təcrübəli futbolçunun müalicəsi davam edir.
Qeyd edək ki, Neymar bu mövsüm cəmi 2 matçda iştirak edib.