Neymar “Əl-Hilal” klubundan ayrılmayacaq

“Əl-Hilal” klubunun rəhbərliyi brazilyalı ulduz futbolçu Neymarın klubdan ayrılmayacağını açıqlayıb.

Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, Neymarın klubdan ayrılacağı xəbərlərini “Əl-Hilal”ın rəhbərliyi təkzib edib.

32 yaşlı futbolçu heç bir halda klubu tərk etməyəcək.

Qeyd edək ki, Neymarın “Əl-Hilal” klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.