Neymar “Əl Hilal”dan ayrıla bilər
“Əl Hilal”ın brazilyalı futbolçusu Neymar klubdan ayrıla bilər.
Sportline.az “UOL” nəşrinə istinadən xəbər verir ki, “Əl Hilal” 32 yaşlı futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Neymar 2025-ci ilin yayında klubu tərk edəcək. Ulduz futbolçunun transfer dəyəri 30 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, Neymarın yenidən “Barselona”ya qayıtma ehtimalının olduğu bildirilir.