Neymarın İsveçrə ilə oyunda stadionda olmamasının səbəbi
Braziliya millisinin futbolçusu Neymarın DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda İsveçrə ilə matçda (1:0) stadionda olmamasının səbəbi müəyyənləşib.
Sportline.az "Get French Football News"a istinadən xəbər verir ki, bu barədə onun komanda yoldaşı Vinisius Junior məlumat verib. O bildirib ki, zədəsini sağaldan Neymar virus infeksiyasının əlamətləri müşahidə olunur: "Neymar matça gələ bilmədiyi üçün kədərləndi, bir az formada deyil. Təkcə ayağından zədə aldığı üçün yox, həm də qızdırması var. Amma ümid edirəm ki, tezliklə sağalacaq".
Qeyd edək ki, Neymar DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiya ilə oyunda (2:0) zədələnib. Bu səbəbdən onun qrup mərhələsinin digər iki oyununu buraxacağı yazılmışdı.