Neymarın meneceri Pini Zahavi: “Neymar “Əl-Hilal”dan ayrılmayacaq”

“Əl-Hilal”ın brazilyalı futbolçusu Neymar Juniorun meneceri Pini Zahavi 32 yaşlı futbolçunun gələcək karyerası haqqında danışıb.

Sportline.az “Centre Goals” nəşrinə istinadən xəbər verir ki, Pini Zahavi Neymarın “Əl-Hilal”dan ayrılmayacağını söyləyib.

“Neymarın “Əl-Hilal” klubundan ayrılmayacaq. Belə şayiələrə inanmayın. Başqa klublar ilə yeni görüşmə yoxdur. Neymar “Əl-Hilal”da xoşbəxtdir. Neymarın karyerası haqqında son məlumatları atası və mən veririk. Başqa heçkimə inanmayın”, - deyə Pini Zahavi bildirib.

Qeyd edək ki, Neymarın “Əl-Hilal” klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.