Neymarın müqaviləsinə xitam veriləcək
“Əl-Hilal”ın brazilyalı ulduz futbolçusu Neymarın müqaviləsinə xitam veriləcəyi bildirilir.
Sportline.az “Goal” nəşrinə istinadən xəbər verir ki, illik 90 milyon avro qazanan Neymara meydana çıxmadığı müddət ərzində ödəniş olunmayacağı qeyd olunub.
Neymarın “Əl-Hilal” klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Neymar zədə səbəbilə 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.