Neymarın son durumu açıqlandı

Braziliya millisinin hücumçusu Neymar topuq nahiyəsindən zədələnib.

Sportline.az xəbər verir ki, Serbiyaya qarşı oyunda (2:0) zədə alan Neymar 79-cu dəqiqədə Antoni ilə əvəzlənib.

Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymarın durumu barədə danışarkən deyib: “Neymar sağ topuğu burxulub. Neymarda şişlik var idi və dərhal ilkin tibbi yardım göstərdik. Onunla bağlı durum müayinı və sonra fizioterapiyadan sonra aydınlaşacaq. 24-48 saat gözləməliyik”.

Braziliyanın bəzi media qurumları DÇ-2022-də 30 yaşlı hücumçunun bundan sonra iştirakının sual altında olduğunu yazıb. Braziliya millisinin baş məşqçisi Tite isə bununla bağlı deyib: “Neymarın dünya çempionatında oynayacağına əmin ola bilərsiniz.  Mən buna tam əminəm”.