“Nitsa” Liqa 1-də yerini qorudu

Növbəti mövsüm Fransa çempionatında iştirak edəcək sonuncu klubun adı pley-offda məlum olub. 

Sportline.az xəbər verir ki, Liqa 1-in 16-cısı “Nitsa” Liqa 2-də üçüncü yeri tutan “Sent Etyen”lə üz-üzə gəlib. Tərəflər arasındakı ilk matçda hesab açılmamışdı. İkinci görüşdə rəqibi üzərində böyük hesablı qələbə qazanan “Nitsa” Liqa 1-dəki yerini qoruyub.

“Nitsa” - “Sent Etyen” - 4:1
Qollar:
 Klauss, 62 (1:0), Davitaşvili, 79-pen. (1:1), Boudaçhe, 81 (2:1), Vahi, 87 (3:1); 90+2 (4:1)
İlk oyun - 0:0