Nkunku "Çelsi"dən ayrılmaq niyyətindədir
"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku mövsümün sonunda klubdan ayrılmaq istəyir.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Aston Villa" və "Tottenhem" Nkunkunu transfer etmək istəyən klubların siyahısında yer alır.
27 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 14 qol 5 asistlə yadda qalıb.