Nkunkunun "Çelsi"dəki taleyinə aydınlıq gəlib
"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Nkunku "Çelsi"də xoşbəxt olmadığını söyləyib.
27 yaşlı futbolçu London klubuna "Leipziq"dən transfer olmuşdu.
"Çelsi" Nkunku üçün "Leipziq"ə 60 milyon avro ödəmişdi.
Onun "Paris Sen-Jermen" və "Mançester Yunayted" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 14 qol 5 asistlə yadda qalıb.