"Nottingem Forest" "Mançester Siti"yə elçi düşüb

"Mançester Siti"nin ingiltərəli futbolçusu Ceyms Makate "Nottingem Forest"in maraq dairəsindədir.

Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" Makate üçün 20 milyon avro tələb edir. 

22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 24 matçda rəqib qapılarından 7 top keçirib.

Qeyd edək ki, Makatenin "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.