Növbəti mövsüm Almaniyanı Avropada bu komandalar təmsil edəcəklər

Bundesliqada 2023/2024 mövsümü bu gün başa çatıb və Almaniyanı növbəti mövsüm Avropada təmsil edəcək komandaların adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, liqanı ilk 5 pillədə bitirən "Bayer 04", "Ştutqart", "Bavariya", "RB Leptziq" və "Borussiya Dortmund" növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcəklər.

Liqanı 6-cı sırada tamamlayan "Ayntraxt" Uefa Avropa Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb.

7-ci pilənin sahibi "Hoffenhaym" isə Almaniyanı Konferans Liqasında təmsil edəcək.(Təsnifat mərhələsi).

Qeyd edək ki, Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" Uefa Avropa Liqasının 2023/2024 mövsümünün finalında "Atalanta" ilə görüşəcək.