Nuri Şahin bu gün "Borussiya Dortmund" ilə ilk rəsmi matçına çıxacaq
"Borussiya Dortmund" bu gün Almaniya kubokunun 1/32 final mərhələsində "Finiks Lubek" ilə üz üzə gələcək.
Sportline.az xəbər verir ki, bu görüş "Borussiya" klubunun yeni baş məşqçisi Nuri Şahinlə ilk matçı olacaq.
Nuri Şahin Edin Terziçin komandadan ayrılmasından sonra klubun "sükanı arxasına" keçib.
Gənc mütəxəssis daha əvvəl Türkiyənin "Antalyaspor" klubunda çalışıb.
Qeyd edək ki, "Finiks Lubek"-"Borussiya Dortmund" oyunu saat 20:00-da start götürəcək.