"Nyukasıl Yunayted" Usman Diomande üçün 2 futbolçusunu satacaq

"Nyukasıl Yunayted" 20 yaşlı futbolçu Usman Diomande üçün Alekasndır İsak və Bruno Qimaraisi satmaq barədə düşünür.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Sportinq"də çıxış edən müdafiəçini transfer etməkdə qərarlıdır. "Nyukasıl Yunayted" bu transfer üçün Bruno Qimarisi 100 milyon funt sterlinq buraxılış qiymətinin altında məbləğə satmağa hazırlanır.  "Fair Play" qanunlarına görə Aleksandır İsakın satışı vacibdir. 

Qeyd edək ki, Usman Diomande bu mövsüm "Sportinq" forması ilə çıxdığı 21 oyunda 1 qol, 2 asistlə yadda qalıb.