"Nyukasl Yunayted"i "Liverpul"a dəyişə bilər
"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak karyerasını "Liverpul"da davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu İsak üçün 100 milyon avro ödəməyə hazırdır.
25 yaşlı hücumçunun "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, İsak bu mövsüm çıxış etdiyi 35 matçda 24 qol və 5 məhsuldar ötürmə müəllifi olub.