Okan Buruk "Qalatasaray"-"Yanq Boys" oyunlarında texniki zonada yer almayacaq
"Qalatasaray" Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boys"la qarşı qarşıya gələcək.
Sportline.az xəbər verir ki, "sarı-qırmızılılar"ın baş məşqçisi Okan Burun hər 2 görüşdə də texniki zonada yer ala bilməyəcək.Buna səbəb 50 mütəxəssisin 2023/2024 mövsümündə Avroliqada keçirilən "Sparta Praqa"- "Qalatasaray" oyununda aldığı 2 oyunluq cəzadır.
"Qalatasaray" qruplara qalacağı təqdirdə Okan Buruk komandasına meydandan kömək edə biləcək.
Qeyd edək ki, "Qalatasaray" və "Yanq Boys" arasında keçiriləcək ilk oyun avqustun 20 və ya 21-də, cavab oyunu isə avqustun 28 və ya 29-da baş tutacaq.