Olli Uotkins London nəhənginə keçə bilər
"Aston Villa"nın ingiltərəli futbolçusu Olli Uotkins karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, London klubu Uotkins üçün mövsümün sonunda "Aston Villa"ya rəsmi təklif göndərəcək.
29 yaşlı hücumçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Olli Uotkins bu mövsüm çıxış etdiyi 49 matçda 16 qol 13 asist müəllifi olub.