Omar Kolli komandadan ayrılır

"Beşiktaş" təcrübəli futbolçu Omar Kolliylə yolları ayırmaq qərarına gəlib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 31 yaşlı müdafiəçi üçün Fransa,İtaliya və Səudiyyə Ərəbistanı klublarının təklif göndərdiyi bildirilib.

"Beşiktaş" rəhbərliyi 5 milyon avro qarşılığında Omar Kollinin transferinə razılıq verəcəyini deyib.

Qeyd edək ki, Omar Kolli bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 19 oyunda 5qolla yadda qalıb.