“Palmeiras”ın prezindenti Leila: “Neymar “Palmeiras”a qoşulmayacaq, bura xəstəxana deyil”
Brazilyanın “Palmeiras” klubunun prezidenti Leila Pereyra maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibəsində “Palmeiras”ın prezidenti Leila bu fikirləri səsləndirib;
“Neymar “Palmeiras” klubuna qoşulmayacaq, bura xəstəxana deyil. Mən gümrah futbolçu istəyirəm. Oynamağa yararsız futbolçu ilə müqavilə imzalamaram”, - deyə Leila bildirib.
Qeyd edək ki, Neymarın “Əl-Hilal” klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.