"Palmeyras" 16 yaşlı futbolçusu üçün 60 milyona avro tələb edib

Braziliyanın "Palmeyras" klubu 16 yaşlı gənc futbolçusu Estaviyo Uilyams üçün 60 milyon avro tələb edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, nəhəng klublar "PSJ", "Mançester Siti", "Çelsi" və "Barselona" tələbə olunan məbləği ödəməyə hazır olduğqlarını bildiriblər. 

"Palmeyras" isə Estaviyo Uilyamsı transfer etmək istəyən komandalara 2025-ci ilədək gözləməli olduqlarını bildirib. 

Qeyd edək ki, 16 yaşlı müdafiəçi bu mövsüm "Palmeyras"formasə ilə çıxdığı 19 oyunda 1 qol, 1 asistlə yadda qalıb.