Paralimpiya komandamızın heyəti məlum oldu
Azərbaycan Paralimpiya komandasının Rio-de-Janeyro Paralimpiya Oyunları üçün heyəti məlum olub.
SportLine.az Paralimpiya Hərəkatının saytına istinadən xəbər verir ki, Azərbaycan 41 idmançı ilə təmsil olunacaq.
Onlardan 16-sı atletika, 7-si cüdo, 2-si pauerliftinq, 12-si üzgüçülük, 3-ü güllə atıcılığı və 1-i kamandan oxatma yarışlarında iştirak edəcək.
Açılış mərasimində Azərbaycan Paralimpiya komandasının bayraqdarı 3 dəfə Paralimpiya Oyunlarının medalçısı, cüdoçu İlham Zəkiyev olacaq.
Qeyd edək ki, Paralimpiya Oyunları Braziliyada sentyabrın 7-dən 18-dək keçiriləcək.