Paulo Fonseka: "Milan" "Liverpul"u məğlub edə bilər və bunu istəyir

"Milan"ın baş məşqçisi Paulo Fonseka Çempionlar Liqasının 1-ci turunda "Liverpul"la qarşılaşacaqları oyun barədə fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyun qabağı mətbuat konfransında bu fikirləri səsləndirib.

""Liverpul" əla komandadır. Onlar hazırda Avropanın ən güclü kollektivlərindən biridir. Mövqe və fərdi baxımdan çox güclüdürlər, bu oyunçuları hamımız yaxşı tanıyırıq.Qalib gəlmək üçün mükəmməl şəkildə müdafiə etməliyik.

Çempionlar Liqasında belə komandalara qarşı səhv etmək olmaz. Hər səhv bizim qapımızda qolla nəticələnə bilər. Müdafiədə etibarlı oynamalıyıq ki, sonra hücumda imkanlarımız olsun.

"Liverpul"un favorit olması ilə razıyam. Amma hər şey meydanda həll olunacaq. Əsas meydanda nə edəcəyimiz önəmlidir. Əsas odur ki, özümüzü necə hiss edirik. Biz hiss edirik ki, "Liverpul"u məğlub edə bilərik və istəyirik" deyə təcrübləli çalışdırıcı bildirib.

Qeyd edək ki, "Milan"-"Liverpul" görüşü sentyabrın 17-də San Siroda keçiriləcək.