Pedro Porronun transfer qiyməti açıqlanıb

"Tottenhem" ispaniyalı futbolçusu Pedro Porronun transfer qiymətini açıqlayıb.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu Pedro Porro üçün 50 milyon avro tələb edir.

25 yaşlı futbolçu ilə "Mançester Siti", "Bavariya" və "Yuventus" yaxından maraqlanır.

Qeyd edək ki, Pedro Porro bu mövsüm çıxış etdiyi 46 matçda 3 qol 8 asistlə yadda qalıb.

Onun "Tottenhem"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.