Pepe tarixə düşdü
Portuqaliya millisinin futbolçusu Pepe dünya çempionatları tarixində yeni nailiyyətə imza atıb.
Sportline.az xəbər verir ki, müdafiəçi buna Qətərdə keçirilən mundialda Uruqvaya qarşı qrup mərhələsinin II tur matçında iştirak etməklə nail olub.
Pepe turnir tarixinin ən yaşlı meydan oyunçularının siyahısında üçüncü pilləyə yüksəlib. O, 39 yaş 275 günündə bunu bacarıb.
İlk sırada kamerunlu Roje Milla (42 yaş 39 gün), ikinci yerdə isə kanadalı Atiba Hatçinson (39 yaş, 292 gün) qərarlaşıb.